23 Yanvar 2019 10:14
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan Rusiyaya gedəcək.

Teleqraf.com xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə əsasən Suriya mövzusunu müzakirə edəcək.

2019-cu ildə ilk dəfə görüşən liderlər ABŞ-ın Suriyadan çıxması haqda qərarı daxil olmaqla, bölgədə təhlükəsizlik zonaları və İdlibdə son durumu müzakirə edəcəyi gözlənilir.

Həmçinin görüş zamanı Türkiyə-Rusiya münasibətləri də diqqət mərkəzində olacaq.


Müəllif: Cavad