23 Yanvar 2019 10:23
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri idarəsinin rəhbəri Vess Mitçell istefa verib.

Teleqraf.com xatırladır ki, dövlət katibi Mayk Pompoenun Avropa və Asiya məsələləri üzrə müavini Mitçell Avropa Birliyi, NATO, Rusiya və Türkiyə ilə münasibətləri koordinasiya edib.

O deyib ki, istefa qərarı Donald Tramp və administrasiyasına etiraz aksiyası deyil: “Görmək istədiyim işləri həyata keçirdiyimi düşünürəm”.

Dövlət katibi Mayk Pompeo isə bildirib ki, Vess Mitçell onun müavini kimi mükəmməl fəaliyyət göstərib: “İqtidarda Avropa ilə münasibətləri istiqamətləndirən Vessin fikir və qeydlərinə dəyər verirdim. Ona və eyni zamanda dövlət məmuru olan xanımı Elizabetə iki övladı ilə xoşbəxtlik arzulayıram”.


Müəllif: Cavad