23 Yanvar 2019 11:07
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Suriya və İraqdakı döyüş təyyarələrinin yarısını geri çəkəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumatda bildirilib ki, Krallıq Hərbi Hava Qüvvələrinə məxsus “RAF Typhoon” tipli 8 döyüş qırıcısı gələn ay Suriya və İraqdan çıxarılacaq.

Lakin 10-a yaxın “Reaper” tipli Pilotsuz Uçan Aparatlar (PUA) regionda qalacaq.

Bununla belə, İngiltərənin hərbi dairələri bölgədə terrorizmə qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tram Suriya və İraqdakı hərbi qüvvələrin çıxarılacağını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu