23 Yanvar 2019 11:36
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dənizli vilayətinin Mərkəzəfəndi rayonunda 7-ci mərtəbədən yıxılan 21 yaşlı universitet tələbəsi həlak olub.

Teleqraf.com xəbər verir ki, Pamukkale Universitetinin qastronomiya və mətbəx sənətləri fakültəsinin tələbəsi Ayçin İşıq rəfiqəsi Burçin A-nı yoluxmağa gəlib. Bu zaman 7-ci mərtəbədəki evin balkonuna çıxan İşıq hələlik bəlli olmayan səbəbdən 30 metr hündürlükdən betonun üzərinə düşüb. İşığın yıxıldığını görən rəfiqəsi bu barədə təcili yardım və polis əməkdaşlarına xəbər verib.

Hadisə yerinə gələn həkimlər ağır yaralanan İşığı Dənizli Dövlət Xəstəxanasına yerləşdiriblər. Burada edilən tibbi müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırmalara başlayan cinayət-axtarış polisi Burçin A-nı ifadəsini almaq üçün bölməyə aparıblar.


Müəllif: Səxavət