23 Yanvar 2019 14:28
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Sılanın bir müddət öncə gənc oğlanla görüntülənməsi gündəm oldu.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbər görə, həmin oğlanın müğənninin dostu Kərəm Kanık olduğu ortaya çıxıb. Məlum olub ki, görüntülərin çəkildiyi an Sıla ağlayırmış. Dostu da müğənnini sakitləşdirmək üçün onun yanağından öpüb.

Qeyd edək ki, ötən həftə yayılan xəbərlərdə Sılanın Hazer Amani adlı şəxslə eşq yaşadığı deyilirdi. Bu görüntülərdən sonra ifaçının Kərəm Kanıkla sevgili olduğu barədə şayiələr ortaya çıxıb.


Müəllif: Aygül Qarayeva