23 Yanvar 2019 14:56
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kirbi Cenner adlı amerikalı kişi məşhur model Kendall Cennerin pərəstişkarıdır. Ehtimala görə, özünə Cenner soyadını da modelə olan sevgisinə görə götürüb.

Teleqraf.com xəbər verir ki, Kirbi Cenner Kendalla fotoşop şəkilləri ilə bir anda sosial şəbəkədə fenomenə çevrilib.

ABŞ mediasının gündəminə gələn Kirbi indi nüfuzlu maqazin jurnallarının əsas müzakirə mövzusuna çevrilib.

Dörd ildir ki, Kirbi fotoşop proqramı vasitəsilə Kendalla fotolarını hazırlayır. Qeyri-peşəkar kimi yox, peşəkar formada...

Fotoşəkillər real, maraqlı və əyləncəli görünür.

Kirbinin şəkil kolleksiyası “Maxim” jurnalında dərc olunub.

Fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu