23 Yanvar 2019 15:12
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maksim Vitorqan həyat yoldaşı, məşhur rusiyalı teleaparıcı Kseniya Sobçakın gizli eşq yaşadığı deyilən rejissor Konstantin Boqomolovla mübahisə edib.

Teleqraf.com xəbər verir ki, mübahisə ilə başlayıb davayla bitən hadisə Moskvadakı restoranlardan birində baş verib.

Məlum olub ki, Kseniya Sobçak Boqomolovla restoranda yemək yeyərkən, həyat yoldaşı ora daxil olub və mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrildikdən sonra restoran əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb.

Davadan sonra Maksim Vitorqan həyat yoldaşı və sevgilisini orada qoyaraq, restoranı tərk edib. Lakin əsəbləri soyumayan Vitorqan yumruqla burnunu qırdığı Boqomolovu haqq-hesabı küçədə davam etdirməyə çağırıb. Hadisənin video-görüntüsü rezonansa səbəb olub.

Hadisə “Kseniya həyat yoldaşına xəyanət etdi” başlığı ilə gündəmə çıxarılıb.

Hadisənin video-görüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu