23 Yanvar 2019 15:33
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusunun modernləşdirilməsi və Rusiyanın nüfuz sahəsini genişləndirmək cəhdləri kimi “daha fərqli təhdidlər” baş verə bilər.

Teleqraf.com xəbər verir ki, bu ifadə ABŞ Milli Kəşfiyyat Strategiyasının raportunda öz əksini tapıb.

ABŞ kəşfiyyat xidmətlərinin prioritetlərini müəyyənləşdirən Milli Kəşfiyyat Strategiyası hesabatı Amerikanın getdikcə daha fərqli və bir-birindən asılı olan təhlükələrlə qarşı-qarşıya qaldığını ifadə edir.

Təhdidlərin qiymətləndirilmədiyi hesabatda II Dünya müharibəsindən sonra zəifləyən beynəlxalq düzəndən və Qərbdə artan meyllərdən faydalanmaq istəyən ənənəvi düşmənlərin yaratdığı təhlükə haqda xəbərdarlıq olunur.

Hesabatda “Rusiyanın nüfuzunu artırmaq cəhdləri ABŞ-ın müxtəlif bölgələrdəki hədəfləri və prioritetlərinə zidd olaraq davam edəcək” ifadəsi yer alır.

Sənəddə Şimali Koreyanın nüvə silahına dair axtarışları, ABŞ düşmənlərinin böyüyən kiber imkanları və qlobal qeyri-siyasi sabitlik potensial təhdid hesab olunur.

Milli Kəşfiyyat Xidmətinin direktoru Dan Coats hesabata əlavə edib ki, Amerika kəşfiyyat xidmətlərinin bu mürəkkəb və çalxalanan mühitə uyğunlaşması vacibdir. O, ölkə daxilində və xaricində mühüm dəyişikliklər baş verdiyini xatırladaraq, XXI əsrin çətinliklərinə qarşı, ortaya çıxan təhdid və imkanların fərqinə varmağa hazır olmağın vacibliyini bildirib.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın Milli Kəşfiyyat Strategiyası hesabatı 4 ildən bir yayımlanır.


Müəllif: Cavad