23 Yanvar 2019 16:05
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də ABŞ Konqresində hökumətin fəaliyyətini bərpa etməsi üçün büdcə layihəsi yenidən səsverməyə çıxaracaq.

Teleqraf.com xəbər verir ki, Senatın iki seçimi olacaq.

Biri prezident Trampın Meksika ilə sərhəddə beton hasarın hörülməsi üçün lazım olan maliyyənin ayrılmasıdır ki, bu halda hökumətin fəaliyyətinə maneə qalmayacaq. İkinci seçim isə hökumətin fevralın 8-nə qədər açıq qalmasını nəzərdə tutan büdcənin təsdiqidir.

Hər iki variantın baş tutması üçün Senatın 60 üzvünün səsi lazımdır. 60 səs əldə edilməzsə, hökumət qapalı qalmaqda davam edəcək.

Mütəxəssislər hesab edirlər ki, hər iki səsvermə zamanı 60 səsin əldə olunma ehtimalı aşağıdır.


Müəllif: Cavad