23 Yanvar 2019 16:49
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində 37 yaşlı erməni 11 yaşlı oğlunu ov tüfəngi ilə yaralayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ağdərə rayonunda baş verib.

37 yaşlı N.S. ov tüfəngi ilə çaqqal ovlamağa cəhd edərkən, səhvən 11 yaşlı oğlunu başından vurub.

Beyni zədələnən uşaq xəstəxanadadır, vəziyyəti ağırdır.

Silah müsadirə olunub. Hadisə araşdırılır


Müəllif: Mənsur Rəğbətoğlu