23 Yanvar 2019 17:12
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Türkiyə liderləri – Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqların uzanacağı Kremldə istisna edilmir”.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin iş qrafikinin gecəyədək davam etdiyini bildirib.

V.Putinin çox gərgin və məhsuldar iş qrafikinin olduğunu Peskov daha əvvəllər də açıqlayıb. O qeyd edib ki, 22:00-23:00 Kremldə iş gününün qızğın çağıdır. Ən çox çalışan da dövlət başçısı özüdür.

Türkiyə liderinin səfərində əsas mövzu Suriya böhranının nizamlanması olacaq. Ekspertlər güman edirlər ki, Türkiyə lideri məsləhət üçün gəlir.

Bununla yanaşı, iki lider arasında digər məsələlər, o cümlədən yanacaq-energetika sferasında əməkdaşlıq da müzakirə ediləcək. Burada əsas diqqət “Türk axını” qaz kəmərinin inşasına yönəldiləcək.

Təəccüblü deyil ki, Peskov indidən danışıqların uzun sürəcəyini proqnozlaşdırıb. Bununla yanaşı, D.Peskov V.Putinin son vaxtlar praktik olaraq istirahət günlərində də çalışdığını açıqlayıb. Əlavə edib ki, onun özünəməxsus “vaxt anlayışı” var.


Müəllif: Səxavət