23 Yanvar 2019 21:22
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Türkiyə və Rusiya prezidentləri arasında keçirilən görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçıları mətbuata açıq keçirilən görüşdən sonra təkbətək müzakirə aparıblar. 1 saat 50 dəqiqəlik qapalı görüşdən sonra nümayəndə heyətləri arasında görüş olub.

19:49

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar: "Turizm iki ölkənin xalqları arasında çox güclü körpüdür. Qarşımızda çox böyük hədəflər var. Məqsədimiz ticarətin həcmini 100 milyard dollara qaldırmaqdır"..

R.T.Ərdoğanın sözlərinə görə, Ankara və Moskva mühüm müttəfiqlərdir.


Müəllif: Mənbə/Axar.az