23 Yanvar 2019 20:15
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş katib Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: “Mən həmçinin NATO təlimlərinə də baş çəkəcəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir”.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.


Müəllif: Mənbə/Report