23 Yanvar 2019 21:39
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən maraqlı casus taleyini yaşayan şəxslərdən biri də Juan Pujol Qarsia olub.

Teleqraf.com film kimi bir həyat yaşayan bu məşhur casusun hekayəsini oxuculara təqdim edir.

Barselonada doğulan Qarsia toyuq fermasında işləyib. İspaniyada yaşanan vətəndaş müharibəsi dövründə 20 yaşlı Qarsianın ideoloji bağları olmayıb. Liberal bir ailədə böyüyən gənc bu vətəndaş müharibəsi dövründə əlinə silah belə almayb. Vətəndaş müharibəsi zamanı həm faşistlər, həm də kommunistlərlə əlaqə quran Qarsia əslində onların heç birinə yaxın olmayıb və demək mümkünsə onlarla “oynayıb”.

Üç il sonra II Dünya Müharibəsi başlayanda gənc Qarsia İngiltərə hökumətinə müraciət edərək agent olmaq istəyini ifadə edib. Londondan rədd cavab aldıqdan sonra İngiltərəyə bağlı casus olmaq üçün fərqli yol seçmək haqqında düşünən Qarsia buna yalnız ikitərəfli casusluq olmaqla nail olacağını bilib. Elə bu məqsədlə də Almaniyaya müraciət edən Qarsianın təklifi müsbət qarşılanıb və alman kəşfiyyatında “Abvehr” ləqəbi ilə fəaliyyətə başlayıb.

Bir kəlmə olsa da, ingilis dilini bilməyən, hətta Liassabonda yaşamasına rəğmən almanları İngiltərə üçün işləyən diplomat olduğuna inandıra bilib. Bu səbəbdən də, almanlar onu xüsusi kurslara cəlb edərək maliyyə qaynaqları ilə əlaqələndiriblər. Həmçinin ona casus məntəqəsi qurmaq kimi məsuliyyətli iş tapşırılıb.

Bu xidməti dövründə Lissabonda kitabxanada İngiltərə haqqında müəyyən kitablar oxuyan Qarsia qurduğu xəyali casus şəbəkəsi haqqında alman kəşfiyyatına informasiyalar təqdim edirdi. 27 nəfərlik xəyali casus siyahısında hər bir ad keçmişdə yaşamış insanlara aid olub.

Xəyali orduların hərəkətlərini Almaniyaya bildirən Qarsia xidməti dövründə alman kəşfiyyatında heç bir şübhə yaratmayıb. Almanlara “işləyən” Qarsianı qısa müddət ərzində İngilis kəşfiyyatı müəyyən edib. Bundan sonra Qarsia İngiltərə kəşfiyyatı üçün işləməyə başlayır, ona “Garbo” ləqəbi verilir. İspan və ingiliscəni gözəl bilən İngiltərə kəşfiyyatının direktoru Tomas Harris ilə işləyən Garbo almanlara saxta kəşfiyyat informasiyası ilə daim təmin edib.

Bir müddət sonra Londona köçən Gabro xanımı və övladlarını da yanına aparıb. Əvvəlcə onun işləri zərgər dəqiqliyi ilə gedirdi. Buradan da almanlara İngiltərə hərbi qüvvəsinin hərəkətlənməsinə dair saxta kəşfiyyat informasiyaları ötürməkdə davam edirdi. Bu arada bəzən doğru və əhəmiyyətli olan kəşfiyyat informasiyalarını almanlara bilərəkdən gec ötürürdü. Məsələn, onun işlərindən biri müttəfiqlərin Normandiyaya qoşun çıxarması haqda almanlara səhv məlumat ötürməsi idi. Casus almanları Normandiyaya deyil, Pas de Xalaisə yönəltməyi bacarıb.

Ancaq hər şey Qarsianın xanımı Araceli Qonzales de Pujol nəzarətdən çıxana qədər normal gedirdi. Londonda ingilis dilini bilmədən yaşayan Qonzales bu şəhərə nifrət edir, İspaniyaya geri qayıdaraq anasını görmək tələbini səsləndirirdi. Mİ5 qeydlərinə görə, Qonzales ona nəzarət edən agent Tomis Harrisə bağıraraq Qarsia ilə 5 dəqiqə belə yaşamaq istəmədiyini və onu öldürsələr belə İspaniya səfirliyinə gedəcəyini bildirib. İspaniya səfirliyinə getmək faktiki Qarsianın casus kimliyinin ortaya çıxması və alman kəşfiyyatının hər şeyi bilməsi demək anlamına gəlirdi. Bu sbəbdən də Qarsia bu təhlükəni bir formada həll etməli və nəzarəti saxlamağa məcbur olur.

Şübhəsiz ki, ikitərəfli casus olan Qarsia zəki bir insan idi və Mİ5 vasitəsilə xanımına bir hekayə hazırlamağı bacarır. Qısa müddətə Mİ5 casusları Qarsianın evinə gələrək onun xanımına ərinin həbs olunduğunu bildirir. Həbsə səbəb isə İspaniya səfirliyinə gedəcəyinə dair təhdidlər “olur”. Bunu eşidən Qonzales özünü saxlaya bilmir və həbs edilən ərini görmək üçün müxtəlif yollar axtarmağa başlayır. Bir gün sonra Londonun qərbində yerləşən Mİ5 ofisinə gözübağlı şəkildə gətiriən Qonzales ərini saqqalı uzanmış və türmə paltarlarında görür. Bundan sarsılan xanımı agentlərə səfirliyə getmək, ərini ifşa etmək kimi niyyətinin olmadığını deyərək sadəcə İspaniya üçün darıxdığını dilə gətirir. Əlavə edir ki, əgər əri azad olunarsa, ona hər cür dəstək verəcək. Beləcə Qarsianın bu planı işləyir və xanımının onu təhdid etməsi təhlükəsi aradan qalxır.

Ancaq Qarsia həbsə “salındıqdan” sonra da ordunun Normandiyaya çıxarılması istiqamətində kəşfiyyat fəaliyyəti davam etdirilib və almanlara ordunun çıxarılacağı yerlə bağlı dezinformasiya verilməsi işi aparılıb. Beləcə 1944-cü ildə Normandiyaya ordu çıxarılması ilə nasistlərə qarşı həyata keçirilən kəşfiyyat-informasiya müharibəsi uğurla başa çatdırılıb. Bu prosesdə ən böyük pay isə Qarsiaya məxsus idi.

Qəribədir ki, ikitərəfli casus olan Qarsia fəaliyyətinə görə, həm İngiltərə Kralı VI Georki, həm də faşist Almaniyasndan medal almağı bacarıb.

Müharibə başa çatdıqdan və Hitler rejimi məğlubiyyətə uğradıqdan sonra Qarsia nasistlərin ondan intiqam ala biləcəyindən dəhşətli şəkildə çəkinib. Bu səbəbdən də Qarsia müharibədən sonra özünün ölüm hekayəsini uydurub. Qarsianın Anqolada vəfat etməsi haqda xəbər yayılıb. Bundan sonra ailəsi ilə birlikdə Venesuelada məskunlaşıb. Xanımından boşanan və başqa bir qadınla ailə quran Qarcia 1988-ci ildə Cakartada 76 yaşında dünyasını dəyişib.
Saxta kəşfiyyat informasiyaları ilə almanları çaşdıran, saxta bir ordu haqqında bilgilər sızdıran Qarsia II Dünya Müharibəsinin önəmli casusları siyahısında yer alıb. Onun ikitərəfli casus olması müharibə səbəbindən uzun illər keçməsinə rəğmən ifşa olunmayıb. Bu səbəbdən də onun haqqında daha az informasiya mövcuddur.


Müəllif: Cavad