24 Yanvar 2019 01:36
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro mitinqə cavab olaraq etdiyi çıxış zamanı ABŞ-la bütün əlaqələri kəsdiyini bəyan edib.

O, ABŞ diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Maduro çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəng edərək ona dəstək verdiyini bildirib.

***

Bu gün axşam saatlarında Venesuelada hökumət əleyhinə etiraz aksiyaları yenidən start götürüb. Yüz minlərlə insan paytaxt Karakasda mərkəzi meydana toplaşıblar.

Aksiya iştirakçıları küçələrdə barrikadalar qurub və prezident Nikolas Maduronun istefasını tələb edirlər.

Xalqı küçələrə çıxmağa çağıran Venesuela parlamentində müxalifətin lideri Xuan Quido prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela xalqına xitabən yayımladığı videoda Latın Amerikası ölkəsində demokratiyanın yenidən təsis edilməsi üçün ölkəsinin “sarsılmaz dəstək” verdiyini söyləyib. Pens Venesuela prezidenti Nikolas Maduronu diktator adlandırıb.

ABŞ lideri Donald Tramp Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıdığını bəyan edib.

Qeyd edək ki, bir müddət aksiyalara ara verilsə də, bazar günü hərbi birliyin hökuməti devirmək cəhdinin boşa çıxamasından sonra yenidən başlayıb. İnsanlar küçəyə dövlət çevrilişi cəhd etmək istəyən hərbçilərə dəstək vermək üçün çıxıblar.


Müəllif: Teleqraf.com