11 Fevral 2019 07:05
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "UOL" xəbər portalı Minas-Jerays ştatının çülki müdafiə xidmətinə stinadən xəbər verir. Daha əvvəl 157 nəfərin öldüyü bildirilirdi.

Bildirilir ki, həlak olanlardan 156-nın kimliyi müəyyən edilib. Daha 160 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər