İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 200 suriyalı döyüşçüsünü öldürüb.
Suriyanın Rakka şəhərindəki Tabka hərbi bazasını ələ keçirən təşkilat əsir götürdüyü əsgərləri soyundururaq səhra ilə gizli qərargaha aparıb.
Suriya İnsan Haqqları Təşkilatı direktoru Rami Abdülrahman əsir əsgərlərin IŞİD tərəfindən edam edildiyini söyləyib.
İŞİD-ə yaxın mənbələrdən verilən məlumata görə, əsirlər aralarında çox sayda zabitin də olduğu bildirilib. İlkin məlumata görə, İŞİD-in əlində daha 250 suriyalı əsgər var.
Əsəd qüvvələri xüsusi ərazilərdə saxlanılan əsgərləri xilas etmək üçün hərbi əməliyyat keçirməyə cəhd edib. Ancaq bu əməliyyatların bir nəticə vermədiyi məlum olub.
/anspress/