“CHP inauqurasiya mərasimində nəzakətsiz davranıb”.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu Xalq Demokratlar Partiyasının (HDP) sədri Selahattin Demirtaş deyib.
O bildirib ki, CHP-nin mərasimdə iştirak və etiraz hüququ var: “Belə bir gündə belə bir davranış düşünüləndir. Əgər buna partiya qərar verirsə, əlbəttə, buna hörmətlə yanaşırıq.Amma kitabça atmaq nəzakətsiz bir haldır”.
Ərdoğanın TBMM-dəki inauqurasiya mərasimini CHP-nin boykot etməsini 9-cu prezident Süleyman Dəmirəl də tənqid edib: "Bu bir mülki itaətsizlik, mən deputat olsam, andiçmə mərasiminə gedərdim".
Samir