ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Trampın sözlərinə görə, "Taliban" ilə Əfqanıstan hakimiyyəti arasında sülh razılaşması əldə olunacağı təqdirdə ordu bu ölkəni tərk edəcək.
"İlk dəfədir ki, onlar (taliblər) nizamlanma, saziş barədə danışırlar. Bu baş verərsə, biz öz adamlarımızı evə göndərəcəyik. Baxaq görək nə olur. Lakin ciddi danışıqlar birinci dəfədir aparılır", - deyə o bildirib.