1 Fevral 2019 10:00
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kilsələrdə uşaqları cinsi istismara məruz qoyan 286 rahibin adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, rahiblər cinayət fəaliyyəti ilə əsasən ABŞ-ın Texas ştatında məşğul olub.

Pensilvaniya prokurorluğunun hesabatında kilsələrdə 1000-dən çox uşağın cinsi istismara məruz qaldığını və bu əməlin ört-basdır edilməsinə cəhd göstərildiyi qeyd edilib.

Texas Baş kilsəsi uşaqlara qarşı cinsi istismara yol verən 286 rahibin adını açıqlayıb.

İstismar faktları 1950-ci illərdə başlayıb. Adı açıqlanan rahiblərin bəziləri həyatda yoxdur.

Pensilvaniya prokuroru Joş Şapiro iki illik araşdırmadan sonra uşaqlara qarşı cinsi istismar faktlarının Pensilvaniya kilsəsi və Vatikan tərəfindən ört-basdır edildiyi qənaətinə gəldiklərini deyib.

Təhqiqat aparan heyət 300-dən çox rahibin 1950-ci illərin ortalarından bu yana bu iyrənc işlə məşğul olduğunu, Roma Katolik Kilsəsinə bağlı yüzlərlə rahibin mindən çox uşağa qarşı cinsi istismara yol verdiyini bəyan edib.

Heyət hesabatında bəzi qeyd və faktların itdiyini, qurbanların çoxunun danışmaqdan qorxduğunu əsas gətirərək real rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb.

Qurbanların çoxunun oğlan uşağı olduğunu vurğulayan təhqiqat heyəti hər cür seksual təcavüzə rast gəlindiyinə işarə vurub.


Müəllif: Cavad

Oxşar xəbərlər