1 Fevral 2019 10:28
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaida terror təşkilatının davamı olan Heyət Təhrir Şam (HTŞ) qruplaşmasının İdlibdəki son hərbi uğurları Rusiyanı narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat əlavə edib ki, Əl-Nusranın qolu sayılan HTŞ artıq İdlib və şəhər ətrafında gücünü artırır.

Terror təşkilatının son dövrlər bəzi yerləri ələ keçirdiyini xatırladan Zaxarova bildirib ki, HTŞ Suriya hökumət qüvvələri ilə təmas xəttinə silah yığır: “Cəbhə xəttində hər gün silahlı qarşıdurma qeydə alınır. Rusiya terror siyahısında yer alan HTŞ-nin fəaliyyətindən narahatdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər