1 Fevral 2019 14:04
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reper Deryk “Makdonalds” restoranının iki əməkdaşının hər birinə 10 min dollar bəxşiş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hip-hop ifaçısı burqer yeyib, daha sonra əməkdaşlara nağd qaydada 20 min dollar verib.

“Tvitter”də Dreykin “Makdonalds”dakı fotosu paylaşılıb. Fotoda artistin iki mühafizəçisinin müşayiəti ilə fast food restoranının qaradərili əməkdaşı ilə ünsiyyətdə olduğu aydın görünür. Foto sözügedən sosial şəbəkədə hadisənin şahidi olan “AJ” ləqəbli istifadəçi tərəfindən paylaşılıb.

Qeyd olunur ki, 2018-ci ilin sentyabrında Dreyk ən çox qazanan reperlərin ilk onluğuna daxil olub. Onun illik qazancı 47 milyon dollar təşkil edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər