Avropa Birliyi ölkələri daxil olmaqla 45 dövlətin vətəndaşı viza almadan Özbəkistana səyahət edə biləcək.
Teleqraf.com xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin imzaladığı qərarla 45 ölkənin vətəndaşlarına viza tətbiq etmək sistemi aradan qaldırılıb.
Daha 76 dövlətin vətəndaşı isə Özbəkistana gələrkən qısa müddətə viza ala biləcək.
Bununla Özbəkistana getmək üçün viza tələb edilməyən ölkələrin sayı 54-ə, sadələşdirilmiş viza sistemi tətbiq etdiyi ölkələrin sayı isə 130-a çatıb.
Bu addımlar ölkəyə turist cəlb etmək məqsədilə atılır.