Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaq qərarını şərh edib.
Teleqraf.com xəbər verir ki, Zaxarova Rusiyanın cavab reaksiya və addımlara hüququ özündə saxladığını bildirib.
O həmçinin əlavə edib ki, ABŞ-ın müqavilədən çıxması Rusiya ilə əlaqəli deyil.
Zaxarova qeyd edib ki, Vaşinqton müxtəlif sahələrdə öhdəliklərini üzərindən atmağa çalışır.
Qeyd edək ki, ötən ilin oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb.