2 Fevral 2019 11:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aktiv qazma qurğularının sayı azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 14 ədəd azalaraq 1045 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 99 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 15 ədəd azalaraq 847 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 82 ədəd artıqdır.

Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd çoxalaraq 198 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər