Türkiyə Müdafiə naziri Hulusi Akar İraqla sərhədə gəlib.
Teleqraf.com xəbər verir ki, nazir quru qoşunların komandanı Ümit Dündarla görüşərək Türkiyə-İraq sərhədləri və bölgədəki son vəziyyət müzakirə edib.
Görüşdə önəmli mesajlar verən Akar Türkiyə Silahlı Qüvvələrinin bölgədə terrorizmə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb:
“Terrorçuların və qəyyumlarının xilas yolu yoxdur. Onlarla mübarizəmizi sonunadək davam etdirəcəyik. Dayanmayacağıq”.
Nazir terrorizmlə mübarizədə həm siyasi fəaliyyətlərin, həm də hərbi əməliyyatların davam etdiriləcəyinə də diqqət çəkib.