İranın cənub-şərqində terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb.
Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.
Hücumun məsuliyyətini “Ceyş-ül Ədl” (“Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.