Yeni 5P-42 “Filin” vizual-optik nişangahlarla təchiz olunmuş stansiya Rusiya Hərbi Dəniz Qüvvələrinə qəbul edilib.
Teleqraf.com “RİA-Novosti”yə istinadla xəbər verir ki, stansiya rəqibdə hallüsinasiya yaradır və onu kor edir.
Təchizatı “Roselektronika” holdinqi həyata keçirib.
Stansiya işığın parlaqlığının modulyasiyasına əsaslanır. Optik sinirlərin stimullaşdırılması səbəbindən aşağı tezlikli dalğalanmalar görmə orqanlarının müvəqqəti pozuntusuna səbəb olur.
“Könüllülər üzərində test stansiyanın əhatə etdiyi hədəflərə 2 min metrdən atıcı silahlardan (Kalaşnikov avtomatı, Draqunovun snayper tüfəngi, modernləşdirilmiş Kalaşnikov pulemyotu) atəş açmağın qeyri-mümkünlüyünü sübut edib”, – deyə “Roselektronika”dan bildiriblər.