İran futbol çempionatının ikinci mövsümünə hazırlaşan Güney Azərbaycanın “Traktor” (Təbriz) futbol klubu qış transfer pəncərəsində “Sepahan” komandasının hücumçusu Sasan Ənsarini transfer edib.
Teleqraf.com xəbər verir, iranlı hücumçu Azərbaycan klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Sasan Ənsari bundan əvvəl Xuzistanın “Fulad”, “Perspolis” və “Sepahan” komandalıarında oynayıb.
Bir müddətdir “Traktor”a transfer ediləcəyi deyilən “Maşınsazi”nin müdafiəçisi Məhəmməd Hüseyn Kənanizadəqandan da xəbər var.
Məlumata görə, o, yenidən “Maşınsazi”nin heyətində məşqlərə qatılıb. Bununla onun “Traktor”a transfer ediləcəyi ehtimalına son qoyulub. Buna səbəb isə oyunçunun fiziki vəziyyətinin “Traktor”un baş məşqçisi Corc Likensi qane etməməsi olub.
Təbriz klubu gələn həftə mövsümün ikinci yarısında “Neft” komandasını qəbul edəcək.