Ermənistan Baş naziri Nikol Paşinyan “Mənim Addımım” parlament fraksiyasının qapalı iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirilmiş görüşün detallarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə “Mənim Addımım” blokundan olan deputat Ovik Aqazaryan deyib.
Aqazaryan jurnalistin “Detallar haqda bizə də məlumat verə bilərdinizmi?” sualına belə cavab verib:
“Sadəcə onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son proseslər müzakirə edilməlidir”.