Fransada şənbə günü "sarı jiletlilər"in aksiyasında 58,6 min nəfər iştirak edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Fransa polisi məlumat yayıb.
Qeyd olunur ki, bu dəfə ötən həftə olduöundan 10 min nəfər az fransalı aksiyaya qatılıb.
France Info radiosu isə "sari jiletlilər"in bunun əksini iddia etdiyini bildirib. Onlar aksiyanın daha izdihamlı keçdiyini, təkcə Parisdə keçirilən "Ağ yürüş"də 14 min fransalının iştirak etdiyini açıqlayıblar.