Braziliyanın cənub-şərqində dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb.
Bu barədə Globo telekanalı hadisənin verdiyi Minas-Jerays ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, ölənlərdən 93-nün şəxsiyyəti müəyyənləşdirilib. Son məlumata görə, hadisə zamanı daha 226 nəfər itkin düşüb.
Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 115 nəfər həyatını itirib.