ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 27-28 fevral tarixlərində Vyetnamım Dananq şəhərində görüş keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "South China Mourning Post" qəzeti məlumat yayıb.
Donald Tramp bu həftə Çin nümayəndə heyəti Vaşinqtonda səfərdə olan zaman çinli həmkarı ilə görüşmək niyyətində olduğunu bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o ticarət sazişini yekunlaşdırmaq üçün Si Cinpinpin ilə bir və ya iki görüş keçirmək istəyir.
Vasitəçilər görüşün Donald Trampın KXDR lideri Kim Çen Inla danışıq aparmasından sonra fevralın sonunda keçirməyi təklif ediblər.
Donald Tramp daha əvvəl bildirmişdi ki, o, Si Cinpinlə görüşməyincə, Çin ilə yekun ticarət razılaşması baş tutmayacaq. Ötən ilin dekabrında Argentinada keçirilmiş G20 Sammiti çərçivəsində iki ölkənin liderləri ticarət müharibəsində “barışıq” barədə razılığa gəliblər.