İngiltərənin paytaxtı Londonda yayımlanan ərəb nəşri Əşarq əl-Əvsat ABŞ-la Türkiyənin Suriyadakı təhlükəsiz bölgə layihəsi barədə anlaşdığını yazıb.
Teleqraf.com xəbər verir ki, qəzetə danışan mənbə Vaşinqtonun Türkiyənin təhlükəsiz bölgə təklifinə razılıq verdiyini bildirib.
Mənbənin sözlərinə görə, ABŞ İraq-Suriya sərhəddinə yaxın əl-Tanf hərbi bazasında nəzarəti davam etdirəcək, əməliyyatlar həyata keçirəcək.
Təhlükəsiz bölgə anlaşmasına görə, ABŞ ötən illərdə dəstəklədiyi PKK terror təşkilatının uzantısı olan YPG-nin silahlarını əlindən alacaq.
Nəşr rəsmi Vaşinqton və Ankaranın Türkiyə Silahlı Qüvvələrinin əməliyyat aparmaması, bölgədəki kürdlərin təhlükəsizliyi və sair kimi bəzi məsələlər barədə yaxın zamanda qərar verəcəyini açıqlayıb.