3 Fevral 2019 18:28
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə yerli arxeoloqlar içərisində 50 mumiya olan sərdabə tapıblar.

Bu barədə Misirin Qədim Abidələr Nazirliyi məlumatyayıb.

Sərdabədə olan 50 mumiya Ptolomeylər (eramızdan əvvəl IV—I əsrlər) sülaləsinin dövrünə aiddir. Məzarlıq Qahirədən cənubda El-Minya vilayətində tapılıb. Mumiyalar Tuna-əl-Qabal rayonunda ailə nekropolunda doqquz metrlik qəbir otaqlarının içində olublar.

İnsanların cəsədləri qismən kətana bürünülüb, bəziləri otaqda yerdə, digərləri isə daş və taxta tabutlara yerləşdiriliblər.

Arxeoloqlar 12 mumiyanın uşaqlara aid olduğunu müəyyənləşdiriblər.

Mütəxəssislərin fikrincə, ölənlər Misirdə orta təbəqədən olublar və vacib vəzifələri tutublar.

Alimlər bunu 2019-cu ilin ən böyük tapıntısı kimi qiymətləndiriblər.

/oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər