Roma papası Fransisk BƏƏ-yə üçgünlük səfərə gəlib. Bu, Roma katolik kilsəsi rəhbəri üçün Ərəb yarımadasına ilk səfərdir.
Papanı gətirən "Alitalia"aviaşirkətinə məxsus təyyarə yerli vaxtla axşam saat 10 radələrində Əbu-Dabi aeroportuna eniş edib.
Papanın ərəb ölkəsinə səfəri fevralın 5-dək davam edəcək. Sonuncu gün o, Əbu-Dabinin "Zayed Sports City Stadium" stadionunda təqribən 135 min nəfərin iştirakı ilə ictimai messa ibadətini edəcək.