4 Fevral 2019 10:38
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ingilis dilində nəşr olunmuş “Sonuncu Erməni” (“The Last Armenian”) adlı kitab satışa buraxılıb.

Bunu Teleqraf.com-a kitabın redaktoru Əmrah Bekçi deyib.

Redaktor saytımıza kitab haqda əlavə məlumat da verib:

“Bu əsər Türk-İslam mədəniyyətindəki humanizm, əxlaq prinsiplərini ön plana çıxararaq, fərqli millətlərlə, etnik və dini azlıqlarla hansı formada davranılmasından bəhs edir.

Əsər bu gün Türkiyə xaricində fəaliyyət göstərən erməni diasporasının “erməni hadisələri” üzərindən Türkiyənin dünya ictimaiyyətinə yanlış təqdim edilməsi yönündəki fəaliyyətlərini, ermənilərin digər ölkələrə qarşı da yersiz ərazi iddialarını özündə əks etdirir. Bu kitab erməni diasporasının ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İngilis dilində ABŞ-da nəşr edilmiş “Sonuncu Erməni” kitabının digər ölkələrdə də yayımlanması və oxunmasının təmin edilməsi plana daxildir. Bu, təkcə erməni diasporası ilə mübarizə deyil, bu, həm də türk millətinin inanc, əxlaq və mədəni dəyərlərini olduğu kimi dünyaya çatdırmaqdır”.

Əmrah Bekçi qeyd edib ki, kitabda ermənilərin qondarma iddiaları və həyata keçirdikləri soyqırımlara dair tarixi faktlar yer alıb:

“Əsər tarixi sənədlər əsasında hazırlanıb. Hesab edirəm ki, buna görə də, əsər Türkiyə ilə yanaşı, digər ölkələrin ali və orta məktəblərində də tədris edilməsi üçün yaxşı vasitəyə çevriləcək”.

Qeyd edək ki, “Sonuncu Erməni” kitabının yazarı Abdullah Ayatadır. Kitabda ermənilərin ayrı-ayrı tarixlərdə Türkiyə, Azərbaycan, ABŞ, Avropa və digər bölgələrdə həyata keçirdikləri terror aktları və separatçılıq fəaliyyətləri yer alır. Nəşrdə ASALA kimi erməni terror təşkilatları haqda məlumatlara da yer verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər