Amerikalı milyarder, Açıq Cəmiyyət İnstitutunun təsisçisi Corc Soros Ermənistanla bağlı yeni planını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitterdəki hesabında yazıb.
Corc Soros Ermənistandakı demokratiyanın vəziyyəti ilə bağlı fikirlərini ifadə edib: “Ermənistanda vətəndaş cəmiyyətinin demokratiyaya dəstəyi, ölkənin gələcəyi üçün vacibdir”.
Qeyd edək ki, Corc Soros ayrı-ayrı vaxtlarda Tunis, Ukrayna, Qırğızıstan, Gürcüstan və digər ölkələrdə baş vermiş “narıncı inqilab”ların sərmayədarı kimi tanınır.