4 Fevral 2019 11:46
14 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup qadın polis əməkdaşının polis idarəsində çəkdiyi seksi klip Almaniyada “zəlzələ” effekti yaradıb.

2018-ci ildə Saksoniyadakı Polis Akademiyasında çəkilən klipdə polis əməkdaşları pop musiqinin sədaları altında rəqs edir, bəziləri intim qıcıq yaradacaq hərəkətləri ilə diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, bu qalmaqallı videonu Almaniyanın məşhur “Bild” qəzeti öz internet ünvanında yayıb.

Polis qadınların klipi qısa müddətdə sosial şəbəkələrdə baxış rekordunu qırıb. Akademiya tələbələrinin çəkdiyi 2 dəqiqəlik qısa müddətli klipdə bir polis xanımın siqaret çəkdiyi də görünür.

“Bild” qəzeti qeyd edib ki, bu video 2018-ci ilin yazında çəkilib.

Hələlik Almaniya Daxili İşlər Nazirliyi və Polis Akademiyası görüntülərlə bağlı susqunluq nümayiş etdirir.

Saksoniya Federal Əyalətinin polis rəisi Horst Kretşumar qeyd edib ki, videoda olan polis məmurlarının hamısı ilə əlaqə qurulacaq:

“Sosial şəbəkələrdə polislər özlərini sakit və çərçivəli aparmalıdır. Hadisəyə dair araşdırmalara başlanılıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər