Yanvarın 29-da İstanbuldan yola çıxan türklərdən ibarət qrup Antraktidaya çatıb.
Teleqraf.com xəbər verir ki, III Antraktida Elmi Səfərinə Türkiyədən Sənaye və Texnologiya Nazirliyi ilə İstanbul Texniki Universitetinin üzvlərindən ibarət heyət də qatılıb.
Heyət əvvəlcə Braziliyaya çatıb. Buradan Çiliyə keçərək gəmi vasitəsilə Antraktidanın Kinq George adasına çatıb.
Heyət üzvləri özləri ilə birlikdə 1,5 ton yük daşıyıb.