Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Xüsusi İstintaq Təcridxanasında bir neçə saat dindirilib.
Teleqraf.com xəbər verir ki, o, 2008-ci il martın 1-də İrəvanda baş vermiş qırğına görə sorğu-sual olunub.
Sərkisyanın nədə ittiham edildiyi məlum olmasa da, dindirilmənin davam edəcəyi bildirilib.
Xatırladaq ki, Serj Sərkisyan həmin il keçirilmiş seçkilərdə qalib gələrək prezident postunu tutub.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyada iştirak edənlərə odlu silahlardan atəş açılıb. Bu əmri verməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryan həbs edilib.
Keçmiş korpus komandiri Yuri Xaçaturov barəsində isə müvafiq ittihamla cinayət işi açılıb.