29 Avqust 2014 10:48
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Poroşenkonu sentyabrda Ağ Evə dəvət edib.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Obama Ağ evdə çıxışı zamanı deyib.

O bildirib ki, bu, Pyotr Poroşenkonun ABŞ-a ilk səfəri olacaq və görüş iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasına səbəb olacaq.

O, həmçinin Rusiyanin Ukraynaya qarşı zorakılığını da pisləyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın şərqində rus separatçılarını silahlandırır və maliyyələşdirir. Obama rus qoşunlarının Ukrayna ərazisində olması ilə bağlı peyk şəkillərinin olduğunu da təsdiqləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər