Avstraliyanın Queensland şəhərində şiddətli yağışlar səbəbindən sel şəhəri ağuşuna alıb. 500-dən çox ev suyun altında, minlərlə mənzil elektriksiz qalıb.
Teleqraf.com xəbər verir ki, Avstraliyada artıq 1 həftədən çoxdur güclü yağışlar müşahidə olunur.
Sel fəlakəti minlərlə insanın evini tərk etmək məcburiyyətində qoyub.
Tovnsvilledə minlərlə mənzildə problem yaranıb və 20 min insanın evinin suyun altında qalması riski yüksəkdir.