5 Fevral 2019 11:50
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi altında diplomatik heyət ABŞ-da görüşlərə başlayır.

Teleqraf.com xəbər verir ki, Türkiyədən gedən heyət Vaşinqtonda Suriya, FETÖ, PKK mövzusunu, habelə “Patriot” müdafiə sistemləri haqqında müzakirələr aparacaq.

Müzakirə zərfində Menbic mövzusu da var.

Bu gün Sədat Önal və ABŞ dövlət katibinin müavini Devit Halen arasında görüş baş tutacaq.

Ankaranı narahat edən bir məqam da ABŞ hərbçilərinin Suriyadan çəkiləcəyi təqdirdə YPG/PYD qüvvələrinə verilən silahların taleyidir.

Digər vacib mövzu isə “təhlükəsizlik bölgəsi” haqqındadır.


Müəllif: Cavad

Oxşar xəbərlər