Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində şahzadə Şeyx Məhəmməd bin Zayidlə görüşən Roma Papası Fransis dinlərarası dialoq konfransına qatılıb.
Teleqraf.com xəbər verir ki, konfransda çıxış edən Papa çıxışına “əssalamu əleyküm” deyərək başlayıb.
Səfər çərçivəsində Roma papası və BƏƏ-nin Əl-Əzhər İdarəsinin şeyxi Baş imam Əhməd ət-Tayyib arasında “İnsan qardaşlığı” adlı sənəd imzalanıb.
Görüşdə Papa və şeyxin səmimi görüşü də kameraların obyektivinə tuş gəlib.
Qeyd edək ki, Fransis bununla Körfəz bölgəsinə səfər edən ilk Papa olub.
Görüşdə çəkilmiş fotoları təqdim edirik: