Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani fevralın 14-də görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Fevralın 14-də Soçidə keçiriləcək Rusiya, İran və Türkiyə rəhbərlərinin sammiti çərçivəsində Putin-Ruhani görüşü də baş tutacaq.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri Soçidə Suriya prosesini müzakirə edəcək.