ABŞ prezidenti Barak Obama deyib ki, Rusiyanın Ukraynadakı vəziyyəti qeyri-stabilləşdirilməsi hərəkətləri cavabsız qalmayacaq. Onun sözlərinə görə, Ukraynadakı döyüşlərin Rusiya əsgərləri tərəfindən aparılması bütün dünyaya aydındır.
"Rusiya Ukraynanın ərazi bütovlüyünü və suverenliyini pozmaq niyyətindədir və bir neçə dəfə pozub", Obama bildirib.
Amerika prezidenti Almaniya Kansleri Angela Merkellə telefonla danışıb. "Əvvəllər bəlkə də hansısa ehtimallar olsa da, indi biz fikrimizdə əminik ki, Rusiya Ukraynanın şərqindəki zorakılığa görə məsuliyyət daşıyır", cənab Obama telefonda deyib.
"Rusiya zorakılıq yayır. Rusiya separatçıları təlimatlandırıb, silahlandırıb və maliyyələşdirir", o əlavə edib. Ötən günü Ukrayna prezidenti Petro Poroşenko Rusiya Ordusunun Ukraynaya girdiyini bildirib.
Bu səbəblə cənab Poroşenko Türkiyə prezidentinin inaqurasiya mərasiminə qatıla bilməyib. "Dünya Ukraynada vəziyyətin qəfil gərginləşməsinə qiymət verməlidir", Poroşenko qeyd edib. Bundan başqa, o çərşənbə axşamı xanım Merkellə Ukraynanın Avropa Şurası liderlərinə müraciət etməsi barədə danışıb.
/BBC/