Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Ukraynanın şərqində baş verən ən son hərbi müdaxilə ilə bağlı təcili iclas keçirib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, BMT-nin siyasi işlər üzrə məsul katibinin müavini Jeffrey Feltman və İngiltərənin BMT-dəki daimi nümayəndəsi Mark L. Grant başçılığı ilə toplanan iclas iştirakçıları Ukraynada baş verən son hadisələri müzakirə ediblər. İclasda Rusiya əsgərlərinin son 72 saatda Ukraynanın şərqində törətdikləri hadisələrin və işğalın BMT-nin qaydalarına zidd olduğu bildirilib:
“Rusiyanın “Ukraynada işğal aparmırıq” deməsi yalandır. NATO avqustun 21-i və 24-də Luqansk və Krasnodon ərafında peyk qeydləri aparıb"
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Pover də Rusiyaya səslənib: “Qarşıdurmanı dayandır! Amma Rusiya heç bir şeyi dinləmir. Rusiyanın Krımı işğal etməsi də beynəlxalq hüquq normalarına ziddir. Malayziya təyyarəsinin vurulması da ayrı bir faktdır. Ciddi müzakirələrə ehtiyac var. Lakin Rusiya bu müzakirələrə qatılmaq istəmir”.