“ABŞ Yaxın Şərqdə diktatorları, qəssabları və radikalları dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Konqresdə amerikalılar qarşısında çıxışı zamanı İran haqda işlətdiyi fikirlərə cavab olaraq deyib.
“Donald Tramp bizə qarşı ittihamlar irəli sürərkən yəhudi yurddaşlarımız daxil olmaqla, bütün iranlılar ABŞ-ın təzyiqlərinə rəğmən 40 illik inkişafı qeyd edir.
İrana qarşı düşmənçilik ABŞ-ın bölgədə diktatorları, qəssabları və radikalları dəstəkləməsinə səbəb olub”,- nazir Tvitter hesabında qeyd edib.
Qeyd edək ki, Tramp çıxışı zamanı Tehranın ABŞ-ın bölgədəki müttəfiqlərini və yəhudiləri təhdid etməsinə imkan verilməyəcəyini elan edib.