NATO dövlət və hökumət başçılarının toplantısı 2019-cu ilin dekabrında Londonda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
NATO-nun yaranmasının 70-ci ildönümündə üzv ölkələrin liderlərinin bir araya gələcəyini bildirən baş katib İngiltərənin ittifaqın qurucu üzvlərindən olduğunu, Londonun NATO qərargahına ilk ev sahibliyi etdiyini xatırladıb.
Yens Stoltenberqinn sözlərinə görə, toplantı üzv ölkə liderlərinə imkan verəcək ki, mövcud və gələcək təhlükəsizlik məsələlərini müzakirə etsin: “NATO-nun cavabdehlik daşıdığı 1 milyard insanın təhlükəsizliyinin təminatı vəzifəsinin yerinə gətirilməsi gücləndiriləcək”.
Qeyd edək ki, NATO-ya üzv dövlətlərin liderləri ənənəvi olaraq iki ildən bir keçirilən zirvə toplantısında bir araya gəlir.
Sonuncu zirvə görüşü Belçikanın paytaxtı Brüsseldə keçirib.